Kazanda ticarət mərkəzində baş vermiş yanğın nəticəsində ölənlərin sayı 15-ə çatıb, xəsarət alan Azərbaycan vətəndaşının şəxsiyyəti məlum olub - YENİLƏNİB

Kazanda ticarət mərkəzində baş vermiş yanğın nəticəsində ölənlərin sayı 15-ə çatıb, xəsarət alan Azərbaycan vətəndaşının şəxsiyyəti məlum olub  - <span style="color: red;">YENİLƏNİB
# 13 mart 2015 14:47 (UTC +04:00)

Tatarıstan Respublikası Azərbaycanlılar Konqresinin sədri Ziyafət Qasımov APA-ya açıqlamasında bildirib ki, bu, əslən Masallı rayonundan olan Tağıyev Salam Bəxtiyar oğludur.

S. Tağıyevin hər iki ayağı sınıb, hazırda o, 7 saylı Kazan şəhər xəstəxanasındadır. Həmyerlimiz ticarət mərkəzində ticarətlə məşğul olurmuş.

Z. Qasımov onu da deyib ki, ticarət mərkəzində ölənlər arasında azərbaycanlıların sayının daha çox olduğu bildirilir və hazırda onların adlarının müəyyənləşdirilməsinə çalışılır: “Bizdə olan son məlumata görə, şəhər morqunda biri azyaşlı olmaqla, iki azərbaycanlının meyiti var. Aidiyyəti orqanların məlumatları məxfi saxlamasına çalışmalarına baxmayaraq, biz onların adlarının dəqiqləşdirilməsinə çalışırıq”.

*** 17.35

Bakı – APA. Kazanda “Admiral” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində ölənlərin sayı 15-ə çatıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin Tatarıstan üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Andrey Rodıqin deyib.

O əlavə edib ki, hazırda 17 nəfər itkin düşmüş hesab olunur.

*** 14.35

Bakı – APA. Kazanda “Admiral” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində ölənlərin sayı 14-ə çatıb.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Rusiya Fövqəladə Hallar Nazirliyinin Tatarıstan üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Andrey Rodıqin məlumat verib.

Rusiya FHN-nin Volqayanı regional mərkəzinin rəisi İqor Panşin isə bildirib ki, dağıntılar altında 25 nəfər qala bilər.

Hadisə zamanı Tatarıstan FHN-nin Baş İdarəsinin podpolkovniki ölüb. Onun adı açıqlanmır.

Xatırladaq ki, Kazandakı ticarət mərkəzində yanğın zamanı 3 azərbaycanlı ölüb, onlardan birinin şəxsiyyəti məlum olub. Bu, Azərbaycan vətəndaşı, 1995-ci il təvəllüdlü Paşayev Pərviz Telman oğludur. Digər iki nəfərin şəxsiyyəti isə hələlik məlum deyil. Təkcə o müəyyən edilib ki, onlar Gürcüstan əsilli azərbaycanlılardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR