Bakıda piyada yol-nəqliyyat hadisəsinə səbəb olub - FOTOSESSİYA - YENİLƏNİB

Bakıda piyada yol-nəqliyyat hadisəsinə səbəb olub  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">YENİLƏNİB
# 29 noyabr 2013 00:59 (UTC +04:00)

Bakıda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, Heydər Əliyev və Babək prospektlərinin kəsişməsindəki yolayrıcında sürücü Əliyev Mirzəli Mais oğlu idarə etdiyi KİA markalı avtomobili maneəyə çırpıb. Yol-nəqliyyat hadisəsinə səbəb yolu keçməyə çalışan piyada olub. Nəticədə yüksək sürətlə hərəkət edən avtomobil yolayrıcındakı arakəsmənin üstünə çıxıb. Qəza nəticəsində sürücü və avtomobildəki sərnişin xəsarət almayıb.

Sürücü Mirzəli Əliyev APA-ya bildirib ki, hadisə yolu keçmək istəyən iki piyada üzündən baş verib. Sürücü iddia edir ki, piyadalar yolu qadağan olunmuş yerdən keçmək istəyib. Hava çiskinli olduğundan piyadalardan biri sürüşərək yolun hərəkət hissəsində yıxılıb. Yusif Səfərov küçəsi istiqamətindən gələn və Heydər Əliyev prospekti ilə hərəkətini davam etdirmək istəyən KİA-nın sürücüsü yerə yıxılmış piyadanı görsə də, sürət yüksək olduğundan idarəetməni itirib. Nəticədə maşın yolun sağ kənarındakı arakəsməyə çırpılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Hadisə nəticəsində avtomobilə ziyan dəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR