Xaçmazda yaşayış evi yanıb - FOTO - VİDEO

Xaçmazda yaşayış evi yanıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 09 iyun 2014 10:55 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Bu gün günorta saatlarında Xaçmaz rayonunda yaşayış evi yanıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhər sakini Mustafayev Çingiz Əlisultan oğluna məxsus bir mərtəbəli yaşayış evinin 120 kvadratmetrlik sahəsi ev əşyaları ilə birlikdə yanıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını cəlb olunub. Alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Yanğının başvermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR