Azərbaycanda Lommel-Berqeyk Ticarət Evinin açılışı olacaq

Azərbaycanda Lommel-Berqeyk Ticarət Evinin açılışı olacaq
# 12 aprel 2013 09:30 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, Lommel Belçikanın inkişaf etmiş şəhərlərindən biridir və daha çox energetika şəhəri olaraq tanınır. Burada küləkdən, günəşdən və sudan enerji əldə olunur. Şəhər həmçinin qədim tarixə malikdir. Qumdan şüşə hazırlanması texnologiyası da tarixən Lommelin adı ilə bağlıdır.

Niderlandın Berqeyk şəhəri texnologiya sahəsi üzrə dünyada qabaqcıl şəhərlərdən biridir. Dünyaca məşhur olan “Phillips” şirkətinin baş ofisi də bu şəhərdə yerləşir. Texnoloji çiplər hazırlayan istehsal maşınlarına sahib olan bu şəhər dünyanın 90%-ni bu çiplərlə təmin etməkdədir.

Şəhərin həmçinin mədəniyyət və incəsənət sahəsində də müəyyən uğurları var. Belə ki, Berqeykdəki muzeylərin xüsusiliyi onların informasiya mərkəzinin də olması ilə bağlıdır. Şəhərdə fəaliyyət göstərən bir çox şirkət muzeylərin inkişafına öz dəstəyini göstərir.

17 aprel 2013-cü il tarixində Bakının İçərişəhərində baş tutacaq açılış mərasimi hər iki şəhər merinin - Piter Vanvelthoven və Driek van de Vodevoortun (həm də Niderland kralıçası Beatriksin sözçüsüdür) Azərbaycana səfəri çərçivəsində mümkün olacaq. Tədbirdə ölkəmizin görkəmli mədəniyyət və ictimaiyyat xadimləri, o cümlədən bir sıra dövlət müəssisələrinin nümayəndələrinin iştirakı gözlənilir. Ticarət Evinin rəhbəri isə “Bresser Eurasia BV” şirkətinin sədri Leon Sveeger təyin olunacaq.

Ticarət Evini açmaqda məqsəd ölkələr arasında mövcud mədəni və iqtisadi əlaqələri inkişaf etdirmək, tərəflər arasında yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi və faydalı tərəfdaşlıq əlaqələri qurmaq, həmçinin Belçika və Niderland Krallığından Azərbaycana turist cəlb etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR