“Azəryolservis”: Yol nişanlarının tələblərinə riayət etməyən sürücülər Yusif Səfərov küçəsi ilə Babək prospektinin kəsişməsində sıxlığa səbəb olurlar - VİDEO

“Azəryolservis”: Yol nişanlarının tələblərinə riayət etməyən sürücülər Yusif Səfərov küçəsi ilə Babək prospektinin kəsişməsində sıxlığa səbəb olurlar - <span style="color: red;">VİDEO
# 30 mart 2015 13:24 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Yusif Səfərov küçəsi ilə Babək prospektinin kəsişdiyi ərazidə sıxlığın aradan qaldırılması üçün genişləndirilmə işləri həyata keçirilsə də qeyd olunan ərazidə sıxlıq qalmaqdadır.

APA-Economics”ə açıqlama verən Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev burada tez-tez müşahidə olunan tıxacın yaranmasını sürücülərin ərazidə quraşdırılan yol göstəriciləri, yol nişanları və üfüqi nişanlanma xətlərinin tələblərini pozması ilə əlaqələndirib.

P. Mürsəliyev hərəkətin nizamlanması məqsədilə Babək prospektinin bağlanmasına ehtiyac olmadığını bildirib. Qurum rəsmisi Heydər Əliyev prospektinə hərəkət edən nəqliyyat vasitələrinin tunelə yönəldilməsinin düzgün olmadığını qeyd edib.

“Heydər Əliyev prospektinə gedən avtomobili tunelə yönləndirmək olmaz. Orada yol nişanı da var. Bu zaman tuneldə sıxlıq yaranır. Babək prospektindən gələn nəqliyyat vasitələri birbaşa Heydər Əliyev prospektinə getməlidir. Gənclik istiqamətinə, Koroğlu Rəhimov və Xətai prospektinə gedən nəqliyyat vasitələri isə tuneldən istifadə etməklə Yusif Səfərovda dönmə əməliyyatı yerinə yetirib qayıtmalıdırlar”, - deyə P. Mürsəliyev vurğulayıb.

Onun sözlərinə görə, avtomobillərin tunelə yönləndirilməsi həm tuneldə, həm də Yusif Səfərovda dəhşətli tıxaclara səbəb olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR