Azərbaycan enerji istehsalını 5% azaldıb

Azərbaycan enerji istehsalını 5% azaldıb
# 04 sentyabr 2015 10:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin avqust ayında Azərbaycan enerji sistemində 1,9 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib.

“Azərenerji” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5% azdır.

Bu ilin ötən 8 ayı ərzində isə 15,3 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 1,3% çoxdur.

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR