MTN-də Heydər Əliyevi anım tədbirləri keçirilib - FOTO

MTN-də Heydər Əliyevi anım tədbirləri keçirilib - <span style="color: red;">FOTO
# 11 dekabr 2013 14:23 (UTC +04:00)

Bakı-APA. Milli Təhlükəsizlik Nazirliyində (MTN) Heydər Əliyevi anım tədbirləri keçirilib. MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, əvvəlcə milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov başda olmaqla nazirliyin şəxsi heyəti Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.

Anım mərasimi MTN-in Heydər Əliyev adına Akademiyasında davam etdirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dövlət himni səsləndirilib. Akademiyanın rəisi Ziya Yusifzadə çıxışında bildirib ki, Heydər Əliyevin mənalı ömrü, möhtəşəm siyasi fəaliyyəti və zəngin irsi təkcə xalqımızın deyil, bütün bəşəriyyətin xəzinəsidir.

Qeyd olunub ki, bu gün Heydər Əliyev ideyaları müstəqil Azərbaycanın dövlət siyasətinin əsasını təşkil edir.

Tədbirdə çıxış edən Akademiyanın baş müəllimi kapitan R.Əzizov, dinləyici leytenant Ü.Mürşüdov, kursantlar K.Qəmbərli və Ş.Qəzənfərli ümummilli lider Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan, onun fəaliyyəti nəticəsində Azərbaycanın müstəqilliyini qoruyub saxlamasından, müasir dövlət quruculuğundakı rolundan danışıblar.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən «Tale» sənədli filmi nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR