Cənubi Çində leysan yağışları 33 nəfərin həyatına son qoyub, 12 nəfər itkin düşüb

Cənubi Çində leysan yağışları 33 nəfərin həyatına son qoyub, 12 nəfər itkin düşüb
# 17 may 2013 03:40 (UTC +04:00)

Bakı-APA. Cənubi Çində tüğyan edən leysan yağışları 33 nəfərin həyatına son qoyub, daha 12 adam itkin düşüb. APA-nın “Sinhua” agentliyinə istinadən verdiyi xəbərə görə, təbii fəlakət Quandun əyalətinin inzibati mərkəzi sayılan Quancou şəhəri daxil olmaqla 5 şəhəri və 173 qəsəbəni əhatə edib. Çaylarda suyun səviyyəsi xeyli artıb, Veytzyan çayı boyunca isə son 100 ildə ən güclü daşqın qeydə alınıb. Fəlakət nəticəsində 650 minədək sakin zərər çəkib, 2675 ev uçub.

Sinoptiklərin proqnozuna əsasən, leysan yağışları həftənin sonunadək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR