Azərbaycanda qorunan bank əmanətləri II rübdə 13% artıb

Azərbaycanda qorunan bank əmanətləri II rübdə 13% artıb
# 25 iyul 2013 11:23 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Əmanətlərin Sığortalanması Fondunun məlumatında deyilir.

Hesabat dövründə fiziki şəxslərin cəmi əmanətlərinin 33%-ni (1,85 mlrd. manat) qorunmayan əmanətlər, 67%-ni (3,77 mlrd. manat) isə qorunan əmanətlər təşkil edib.

Kompensasiya olunan əmanətlər əvvəlki rüblə müqayisədə 12,6% artaraq 1 813 mln. manata çatıb ki, bu da qorunan əmanətlərin 46,1%-ni təşkil edir. Qorunan əmanətlərin 58%-i manat, 38%-i ABŞ dolları, 4%-i isə avroda yerləşdirilib.

Fonda üzv olan banklar tərəfindən 4 979 666 əmanətçiyə xidmət göstərilir ki, onların da 4 643 023 nəfəri (93%) qorunan əmanətçilərdir.

Hazırda Fondun sığorta ehtiyatları 54,2 mln. manat, cəmi aktivləri isə 61,6 mln. manat təşkil edir.

Fondun sərbəst vəsaitlərinin idarə edilməsi qurumun investisiya siyasətinə uyğun həyata keçirilir. Manatda olan vəsaitlər - 46,4 mln. manat dövlət qiymətli kağızlarında yerləşdirilib və orta hesabla illik 4,4% gəlir qazandarır. Fondun 5,0 mln. avro vəsaiti isə «Deutsche Asset & Wealth Management International» şirkəti vasitəsi ilə idarə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR