İraqın baş naziri İrana hərbi müdaxilənin əleyhinədir

İraqın baş naziri İrana hərbi müdaxilənin əleyhinədir
# 08 aprel 2013 06:32 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İraqın baş naziri Nuri əl-Maliki İrana qarşı hər cür avantürist hərəkətlərin əleyhinə olduğunu bildirib.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, N. əl-Maliki Misirdə nəşr olunan “əl-Əhram” qəzetinə müsahibəsində deyib ki, bütün dünya İrana hücumun nə demək olduğunu yaxşı bilir: “Biz bunun əleyhinəyik. Region ölkələrinin hamısı da İranın belə bir hücuma cavabının dağıdıcı və ağır olacağından xəbərdardır. Hərbi müdaxilə olarsa, İraq daha çox zərər görər.

Belə ki, Hörmüz boğazı vasitəsilə reallaşan bütün neft ixracatımız dayanar. Bundan əlavə, İraq, Livan və Fars körfəzində sabitlik tamamilə pozular. Mən ABŞ rəsmiləri ilə də bu barədə danışmışam. Onların özü də bunun necə nəticələnəcəyini yaxşı bilir və buna meylli deyillər”.

Baş nazir, həmçinin vurğulayıb ki, İranın nüvə fəaliyyəti sülhsevər olduğu təqdirdə kimsəni narahat etməz: “Amma nüvə silahları hamını, o cümlədən regionun bir üzvü kimi bizi də narahat edir. Nə üçün dünya ictimaiyyəti İsrailin nüvə silahlarına sahib olmasına görə susqunluq nümayiş etdirir? Bu məsələ bizi ciddi narahat edir. Biz dünya ictimaiyyətindən istəyirik ki, İsrailin nüvə silahları qorxusundan bizi və beynəlxalq aləmi xilas etsin. Bu kimi silahların regionda olması bütün dünya üçün təhlükə sayılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR