Bu il ərzində cəzalandırılan hakimlərin sayı açıqlanıb

Bu il ərzində cəzalandırılan hakimlərin sayı açıqlanıb
# 03 iyul 2014 08:28 (UTC +04:00)

APA-nın xəbərinə görə, martın 18-də Məhkəmə-Hüquq Şurasında keçirilən iclas zamanı vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr yaratmaqla korrupsiyaya şərait yaratdıqlarına, süründürməçilik və digər qanun pozuntularına yol verdiklərinə görə 10 hakim barədə intizam icraatları başlanılıb.

Mayın 15-də Məhkəmə - Hüquq Şurasında keçirilən iclas zamanı isə vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr törətməklə korrupsiya şərait yaratdıqlarına, süründürməçilik və digər qanun pozuntularına yol verdiklərinə görə Goranboy rayon məhkəməsinin sədri Vidadi Nəsirovun, Gəncə inzibati-iqtisadi məhkəməsinin hakimləri Cavad İbrahimov və Rafiq Məmmədovun tutduqları vəzifədən azad olunması barədə qərarlar qəbul olunub. Gəncə hərbi məhkəməsinin hakimi Vaqif Qədirovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, Şəki rayon məhkəməsinin hakimi Kamran Süleymanova irad tutulub.

Müqayisə üçün bildirək ki, 2013-cü ildə 13 hakim barədə intizam icraatı başlanılıb, o cümlədən 2 nəfərin hakimlik səlahiyyətlərinə xitam verilib, 5 nəfər intizam qaydasında tutduğu vəzifədən azad olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR