Ukrayna XİN rəhbəri: Avropa Birliyi ilə razılaşmanın imzalanmasını təxirə salmaq olmaz

Ukrayna XİN rəhbəri: Avropa Birliyi ilə razılaşmanın imzalanmasını təxirə salmaq olmaz
# 14 noyabr 2013 19:46 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ukraynalı sənayeçilər və sahibkarlar noyabrın 12-də prezident Viktor Yanukoviçdən Avropa Birliyi ilə assosiasiya haqqında müqavilənin noyabrın sonuna planlaşdırılmış imzalanmasını bir il müddətinə təxirə salmağı xahiş ediblər.

“Əgər imzalanma (assosiasiya haqqında müqavilənin imzalanması – red.) təxirə salınacaqsa, biz buna heç vaxt hazır olmayacağıq”, deyə o bu gün jurnalistlərə bəyan edib.

“Assosiasiya haqqında müqavilə bir sıra konkret tədbirləri, konkret islahatları nəzərdə tutur. Əgər bu vaxtadək Ukraynada ümumi xarakterli islahatlar həyata keçirilirdisə, assosiasiya haqqında müqavilənin imzalanmasından sonra biz məhz Avropa modelli islahatlar keçirəcəyik”, deyə Kojara sahibkarların təklifini şərh edərkən vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR