Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi: "Vaşinqtonda ATƏT-i təşkilat kimi tanımırlar"

Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi: "Vaşinqtonda ATƏT-i təşkilat kimi tanımırlar"
# 23 dekabr 2014 14:22 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "ABŞ ATƏT-i təşkilat kimi tanımır".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Andrey Kelin "Rossiya seqodnya" agentliyində keçirilən Moskva-Vyana video körpüsü zamanı deyib.

O qeyd edib ki, ATƏT-in əməkdaşları ABŞ vizası üçün müraciət etdikdə, qarşı tərəf diplomatik vizanı təşkilatın əməkdaşlarına verməyə də bilər: ”Çünki, Vaşinqtonda ATƏT-i təşkilat kimi tanımırlar. Əlbəttə ki, bu birabırçılıqdır".

A. Kelin ATƏT-in təşkilat kimi nizamnaməsinin, ya da hər hansı konstitusiya sənədinin olmadığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR