Fələstinin baş naziri istefa verib

Fələstinin baş naziri istefa verib
# 21 iyun 2013 01:39 (UTC +04:00)

Bakı-APA. Fələstində 8 gün əvvəl vəzifəsinin icrasına başlamış baş nazir Rami əl-Həmdallah istefa edib. Bu barədə APA CNNTürk-ə istinadən məlumat verir.

Məlumata əsasən, Rami əl-Həmdallah istefa barədə ərizəsini Fələstin dövlət başçısı Mahmud Abbasa təqdim edib.

İstefanın səbəbləri kimi hökumətdaxili problemlər göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR