Moskva Baş Polis İdarəsinin rəisi: ”Paytaxtın bütün rayonlarında asayişi təmin etməyə əlavə qüvvələr cəlb olunub”

Moskva Baş Polis İdarəsinin rəisi: ”Paytaxtın bütün rayonlarında asayişi təmin etməyə əlavə qüvvələr cəlb olunub”
# 14 oktyabr 2013 16:06 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Əlimizdən gələni edəcəyik ki, qətlin üstü açılsın”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Moskva Baş Polis İdarəsinin rəisi Anatoli Yakunin bildirib.

O, 40 ən təcrübəli əməliyyat işçisini Qərbi Biryulevo rayonunda baş verən cinayət işini araşdırmağa göndərdiyini söyləyib: “Bundan başqa, əraziyə əlavə polis qüvvələri göndərmişik ki, rayonda təhlükəsizliyi və asayişi təmin etsinlər. Ümumilikdə Moskvanın bütün rayonlarında patrul xidmətinin işi gücləndirilib, asayişi təmin etməyə əlavə qüvvələr cəlb olunub”.

A.Yakunin Yeqor Şerbakovun qətlində bir neçə nəfərin şübhəli şəxs qismində saxlandığını söyləyib: “Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinən ilk şəxs barəsində anket məlumatları hazırlanır. Yalnız bundan sonra həmin şəxs barəsində axtarış elan etmək olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR