Dow Jones indeksi 0,55%, S&P 500 0,68%, Nasdaq 0,29% artıb

Dow Jones indeksi 0,55%, S&P 500 0,68%, Nasdaq 0,29% artıb
# 16 aprel 2014 07:17 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Aprelin 15-də Amerika fond bazarında Dow Jones indeksi 0,55% - 16 263 bəndədək, S&P 500 0,68% - 1 843 bəndədək, Nasdaq 0,29% - 4 034 bəndədək artıb.

«APA-Economics»ın məlumatına görə, Avropa fond bazarlarında aprelin 15-də FTSE 100 indeksi 0,64% - 6 542 bəndədək, Almaniya DAX-ı 1,77% - 9 174 bəndədək, Fransa CAC-40-ı isə 0,89% - 4 345 bəndədək azalıb.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% artaraq 1 327,2 dollara bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR