Ağdaşda 22 yaşlı gənci ildırım vurub - VİDEO

Ağdaşda 22 yaşlı gənci ildırım vurub - <span style="color: red;">VİDEO
# 12 iyun 2014 09:36 (UTC +04:00)

Ağdaş. Zahid Abışov - APA. Ağdaşda ildırım vurması nəticəsində 1 nəfər dünyasını dəyişib.

Ağdaş rayon prokurorluğundan APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə dünən axşam saat 20:00 radələrində rayonun Qaradeyin kəndi ərazisində baş verib.

1992-ci il təvəllüdlü kənd sakini Mənsur Məhərrəm oğlu Hüseynovu at belində xırdabuynuzlu heyvanları otararkən ildırım vurub. Nəticədə M.Hüseynov hadisə yerində dünyasını dəyişib. Hadisə vaxtı 1 at və 1 quzu da tələf olub. Faktla bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, M.Hüseynov ailəli olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR