Azərbaycan prezidenti Füzuli rayonunda yol tikintisinə 5,4 milyon manat ayırıb

Azərbaycan prezidenti Füzuli rayonunda yol tikintisinə 5,4 milyon manat ayırıb
# 01 iyul 2014 15:40 (UTC +04:00)

APA-nın məlumatına görə, 28 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Füzuli Rayon İcra Hakimiyyətinə dövlət büdcəsindən 5,4 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR