Həsən Ruhani Məhəmməd Xatəminin kadrını birinci vitse-prezident təyin edib

Həsən Ruhani Məhəmməd Xatəminin kadrını birinci vitse-prezident təyin edib
# 05 avqust 2013 10:12 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran prezidenti Həsən Ruhani növbəti təyinatını həyata keçirib. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, H. Ruhani İshaq Cahangirini İranın birinci vitse-prezidenti vəzifəsinə təyin edib. İ. Cahangiri İranın eks-prezidenti Məhəmməd Xatəmi dönəmində sənaye naziri işləyib.

Qeyd edək ki, H.Ruhani bundan əvvəl Məhəmməd Nəhavandiyanı İran Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR