Avropa Liqasının I təsnifat mərhələsində “Xəzər Lənkəran” Maltada heç-heçə edib

Avropa Liqasının I təsnifat mərhələsində “Xəzər Lənkəran” Maltada heç-heçə edib
# 02 iyul 2013 23:05 (UTC +04:00)

APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, qitə miqyaslı klub turnirinin açılış matçında “Xəzər Lənkəran” səfərdə ilk görüşünü keçirib.

Təmsilçimiz Malta “Slima”sı ilə münasibətlərinə aydınlıq gətirib. Matçın favoriti kimi göstərilən cənublular ilk yarıda buna uyğun oyun sərgiləyib. Hesabı açan lənkəranlılar böyük üstünlüyə malik olsa da, fərqi artıra bilməyib.

Ta-Qali şəhərinin eyniadlı stadionunda keçirilən görüşün 2-ci hissəsi meydan sahibləri üçün daha uğurlu alınıb. Cüzi üstünlüyə yiyələnən maltalılar hesabda tarazlıq yaradıb. “Xəzər Lənkəran”ın qələbə qazanmaq üçün cəhdlərinə baxmayaraq, Elnur Allahverdiyevin qırmızı vərəqəsindən sonra azlıqda qalan cənublular heç-heçə ilə kifayətlənib.

Qeyd edək ki, bu komandalar arasındakı cavab matçı iyulun 11-də Lənkəranda keçiriləcək.

Avropa Liqası

I təsnifat mərhələsi (ilk oyun)

2 iyul

“Slima” (MALTA) – “Xəzər Lənkəran” (AZƏRBAYCAN) - 1:1

QOLLAR: Oxavuçi. 62 - Nildo, 14

QIRMIZI VƏRƏQƏ: Elnur Allahverdiyev, 8

Baş hakim: Erik Saar (Estoniya)

Ta-Qali stadionunun ehtiyat meydançası

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR