Boliviyada karnaval zamanı onlarla adam ölüb

Boliviyada karnaval zamanı onlarla adam ölüb
# 06 mart 2014 04:24 (UTC +04:00)

APA-nın France-Press agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin daxili işlər nazirliyi açıqlama yayıb.

37 nəfərin yol-nəqliyyat hadisələrinin qurbanı olduğu, ən azı 15 nəfərin öldürüldüyü bildirilir. Daha 5 nəfər Oruro şəhərində körpünün uçması nəticəsində ölüb, onlarla insan xəsarət alıb.

Ənənəvi Oruro karnavalında 350 minədək insan iştirak edib. Şənliklərdə 30 mindən çox rəqqas və 6 min musiqiçi çıxış edib. Boliviyanın ən irimiqyaslı milli karnavalı hər ilin fevral ayında Oruro şəhərində keçirilir. Eyni zamanda, digər şəhərlərdə də kütləvi xalq şənlikləri keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR