Akif Əlizadə: “AMEA-nın 70 illik tarixinə müraciət edəndə, akademiya rəhbərliyi böyük çətinliklə üzləşir”

 Akif Əlizadə: “AMEA-nın 70 illik tarixinə müraciət edəndə, akademiya rəhbərliyi böyük çətinliklə üzləşir”
# 30 iyun 2014 10:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik keçmişinə, tarixinə müraciət edəndə, akademiya rəhbərliyi, institutlar böyük çətinliklə üzləşirlər.

APA-nın xəbərinə görə, AMEA üzvlüyünə seçkilər üzrə keçirilən ümumi yığıncaqda çıxışı zamanı qurumun prezidenti Akif Əlizadənin sözlərinə görə, bu çətinlik ondan ibarətdir ki, tarixi materiallar pərakəndə qalır, tapılmır: “Bu gün akademiyada olan arxiv, struktur modellərinin əsasında yeni institutun - Elm Tarixi İnstitutunun yaradılması vacibdir. Bu institutun yaradılması göstərəcək ki, biz keçmişimizi bir daha araşdırıb, onu 70 ilini yekunlaşdıraraq irəliyə doğru uğurla apara bilərik”.

AMEA prezidenti Dünya Siyasəti İnstitutunun yaradılmasını da vacib hesab edib. Onun sözlərinə görə, indiyədək akademiyada Şərqşünaslıq İnstitutu fəaliyyət göstərib, inkişaf edib və onların tədqiqatları bütün dünyada məlumdur: “Lakin artıq təkcə Şərq ölkələri ilə kifayətlənməməli, tədqiqatlar aparılacaq ölkələri daha da genişləndirməliyik. Bizə Yaponiya, Koreya və digər uzaq ölkələrin elmi inkişafını öyrənmək əhəmiyyətlidir. Azərbaycan bu gün Avropa ilə əlaqələrini gücləndirir. Qərbşünaslıq baxımından da həmin ölkələrin tarixi, elmi inkişafını öyrənmək üçün Dünya Siyasəti İnstitutunun yaradılması vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR