Daha bir azyaşlının əli ətçəkən maşında qalıb

Daha bir azyaşlının əli ətçəkən maşında qalıb
# 16 oktyabr 2013 00:32 (UTC +04:00)

Bakı-APA. Ötən gün axşam saatlarında daha bir azyaşlının əli ətçəkən maşında qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Gədəbəy rayonunda 1 nəfər azyaşlının əli ətçəkən maşının içərisində sıxılmış vəziyyətdə qalıb və o, xəstəxanaya aparılıb. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə ətçəkən maşını kəsərək uşağın əlini detalın içərisindən çıxarıb və həkimlərə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR