Azərbaycan Fotoqraflar Birliyində “Açıq Qapı” günü keçiriləcək

Azərbaycan Fotoqraflar Birliyində “Açıq Qapı” günü keçiriləcək
# 29 aprel 2014 11:25 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Mayın 4-də Azərbaycan Fotoqraflar Birliyində (AFB) “Açıq Qapı” günü keçiriləcək.

AFB-dən APA-ya verilən məlumata görə, “Açıq qapı” günündə uzun müddət xaricdə yaşayan fotoqraf Araz Zeynisoy, Misir Respublikasından Məhəmməd ən-Nəccari, iranlı fotoqraf Ərturan Nəcəfinin yaradıcılıq təqdimatları olacaq.

Tədbirdə Adil Novruzovun “Foto texnikanın inkişafı” tarixindən bəhs edən təqdimatı nümayiş olunacaq, “Məhəllə” fotomüsabiqəsinə yekun vurulacaq. Müsabiqənin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunacaq.

AFB-dən əlavə ediblər ki, müsabiqənin bütün iştirakçılarına sertifikatlar təqdim olunacaq, həmçinin müsabiqəyə təqdim olunmuş fotolarının müzakirəsi keçiriləcək, may ayı üçün fotomüsabiqənin mövzusu elan olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR