Azərbaycanda ictimai iaşə dövriyyəsinin həcmi 17% artıb

Azərbaycanda ictimai iaşə dövriyyəsinin həcmi 17% artıb
# 22 mart 2014 16:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 17,4% artaraq 121,2 mln. manat olub.


APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bunun 2 579,7 min manatı dövlət mülkiyyətinin payına düşüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,1% çoxdur. İctimai iaşə dövriyyəsinin qeyri-dövlət mülkiyyətinin payı da bu ilin iki ayında ötən ilin eyni dövrü ilə müqayisədə 17,7% artaraq 118,5 min manat təşkil edib.


Özəl sektorda ictimai iaşə dövriyyəsinin 47,7%-i hüquqi şəxs statuslu müəssisələrin, 52,3%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyənin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,9% artaraq 56,6 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR