Urmiyada 4 nəfər edam edilib

Urmiyada 4 nəfər edam edilib
# 15 may 2014 09:24 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Qərbi Azərbaycan vilayətində 4 nəfər edam edilib. APA-nın verdiyi məlumata görə, məhbuslar qəsdən adam öldürməkdə günahlandırılaraq dara çəkiliblər.

Onlardan yalnız üçünün ad və soyadları məlum olub. Belə ki, mayın 13-də 5 məhbus - Vəhid Pejvəhidə, Qadir Anbəri, Aslan Əmuyi Milan, Kamal Xalidi və digər ad-soyadı naməlum məhbus barələrindəki ölüm hökmlərinin icrası üçün təkadamlıq kameralara köçürülüblər. Onlardan dördü dara çəkilsə də, K.Xalidi həbsxananın ümumi kamerasına geri qaytarılıb. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra mayın 14-də səhər saatlarında Urmiya şəhərinin mərkəzi həbsxanasında icra edilib.

Qeyd edək ki, İranda İnsan Haqları Fəalları Təşkilatı ötən il Urmiya şəhərinin mərkəzi həbsxanasında 170 məhbusun qəsdən adam öldürməkdə günahlandırılaraq dara çəkildiyini və onlardan bəzilərinin adlarını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR