Azərbaycanda ata ehtiyatsızlıqdan 2 yaşlı oğlunu öldürüb - YENİLƏNİB

Azərbaycanda ata ehtiyatsızlıqdan 2 yaşlı oğlunu öldürüb - <span style="color: red;">YENİLƏNİB
# 19 iyun 2014 10:03 (UTC +04:00)

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, iyunun 18-də saat 14 radələrində Sabirabad rayonunun Əlicanlı kənd sakini, 1977-ci il təvəllüdlü Cəlal Soltan oğlu Əkbərov həyətində “QAZ-3302” markalı avtomobili arxaya verərkən 2 yaşlı oğlu Cavidi vurub. Uşaq hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol nəqliyyat hadisəsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR