Donetsk, Luqansk və Mariupol aeroportlarının sertifikatları geri çağırılıb

Donetsk, Luqansk və Mariupol aeroportlarının sertifikatları geri çağırılıb
# 20 iyun 2014 04:33 (UTC +04:00)

Bakı-APA. Ukrayna Dövlət Aviasiya Xidməti Donetsk, Luqansk və Mariupol aeroportlarının sertifikatları geri çağırıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın İnfrastruktur Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

“Ukrayna Dövlət Aviasiya Xidməti ölkənin şərqində gərgin vəziyyətlə əlaqədar sərnişinlərin təhlükəsizliyini təmin etmək və texnoloji prosesləri tam nəzarətdə saxlamaq mümkün olmadığından Donetsk, Luqansk və Mariupol aeroportlarının sertifikatlarını müvafiq olaraq iyunun 3-də, 11-də və 19-da geri çağırıb”, deyə məlumatda bildirilib. Bununla belə, qurumda Donbas üzərində hava məkanının uçuşlar üçün açıq olduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR