Meksikada daha bir kütləvi məzarlıq aşkarlanıb

Meksikada daha bir kütləvi məzarlıq aşkarlanıb
# 19 iyun 2014 03:13 (UTC +04:00)

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, yerli hüquq-mühafizə orqanları məzarlıqdan 28 cəsəd qalığı tapıblar.

Faktla bağlı araşdırma aparılır. İnsanların nədən öldüyünü dəqiqləşdirilməyən prokurorluq yeni cəsədlərin aşkarlanmasını istisna etməyib.

Məlum olduğu kimi, Verakrus ştatı Meksikanın ən təhlükəli bölgələrindəndir. Mərkəzi Amerikadan olan miqrantların ABŞ-a yolu məhz buradan keçir. Narkokartellər ilə əməkdaşlıqdan imtina edənlər isə bir qayda olaraq ölüm təhlükəsi ilə üzləşirlər. Üstəlik, ölkənin mafioz qrupları öldürdükləri düşmənlərini adətən kütləvi məzarlıqlarda basdırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR