Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, partlayış buxar qazanının düzgün tənzimlənməməsi səbəbindən baş verib. Partlayış nəticəsində zavodun işçiləri - 1966-cı il təvəllüdlü Vəzifə Süleymanova, 1964-cü il təvəllüdlü Nəzakət Quliyeva, 1960-cı il təvəllüdlü Xalidə Həsənova, 1967-ci il təvəllüdlü Zemfira Abbasova və 1958-ci il təvəllüdlü Məxsurə Cəfərova müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Beyləqandakı çörək zavodunda baş verən partlayışa təbii qaz sızması səbəb olmayıb.