OPEC apreldə İranın neft hasilatının azaldığını açıqlayıb

OPEC apreldə İranın neft hasilatının azaldığını açıqlayıb
# 14 may 2014 15:49 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın neft hasilatı azalıb. APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) mayın 13-də dərc etdiyi növbəti aylıq hesabatında bildirilir.

Sənəddə qeyd olunur ki, İranın neft hasilatı 2014-cü ilin birinci rübündə orta hesabla 2013-cü ilin son rübü ilə müqayisədə təxminən 85 min barel artıb. Ancaq bununla belə, İranın neft hasilatı bu ilin aprel ayında gündəlik 16 min 400 barel azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR