Sabah Azərbaycanın bəzi rayonlarında havanın temperaturu 38 dərəcəyə yüksələcək

Sabah Azərbaycanın bəzi rayonlarında havanın temperaturu 38 dərəcəyə yüksələcək
# 16 may 2014 10:05 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında mayın 17-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 15-20, gündüz 33-38, dağlarda gecə 9-14, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR