2013-cü ildə cəzalarının qalan hissəsini öz ölkəsində çəkmək üçün Azərbaycan 83 məhkumu təhvil verib və alıb

2013-cü ildə cəzalarının qalan hissəsini öz ölkəsində çəkmək üçün Azərbaycan 83 məhkumu təhvil verib və alıb
# 19 fevral 2014 15:43 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyində keçirilən müşavirədə qeyd olunub.

Bildirilib ki, penitensiar müəssisələrdə vərəmlə mübarizədə müsbət təcrübənin öyrənilməsinə maraq göstərilərək bu məqsədlə xarici ölkələrin nümayəndələrinin ölkəmizə tanışlıq səfərləri davam edib.

BQXK ilə bu sahədə əməkdaşlığın uğurlu nəticəsidir ki, vərəmdən ölüm halları 60 dəfə, ümumilikdə penitensiar müəssisələrdə xəstəlikdən ölüm halları 15 dəfə azalıb.

Bildirilib ki, beynəlxalq öhdəliklərdən irəli gələn hüquqi yardım, məhkumların cəza çəkmək üçün verilməsi, ekstradisiya məsələlərinin icrası ilə bağlı 12 min 500-dən çox beynəlxalq sorğu və sənədlərin icrası üzrə tədbirlər görülüb, cəzalarının qalan hissəsini öz ölkəsində çəkmək üçün 83 məhkum təhvil verilib və alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR