Ermənilər Azərbaycan Ordusunun mövqelərini bir neçə istiqamətdə atəşə tutublar

Ermənilər Azərbaycan Ordusunun mövqelərini bir neçə istiqamətdə atəşə tutublar
# 19 noyabr 2013 06:46 (UTC +04:00)

Bakı – APA. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən mövqelərimizi atəşə tutub.

Füzuli rayonunun Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Ağdam rayonunun Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR