Türkiyə vətəndaşı Bakıda baş verən yol qəzasında ölüb

Türkiyə vətəndaşı Bakıda baş verən yol qəzasında ölüb
# 02 dekabr 2013 10:20 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda ağır yol qəzası baş verib. Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə dekabr ayının 1-də saat 4 radələrində Xətai rayonu Gəncə prospektində qeydə alınıb. Türkiyə vətəndaşı Emin Aka Mustafa idarə etdiyi “VAZ-2109” markalı avtomobili yolun kənarında dayanan Lənkəran rayon sakini Mirşahin Kazımova məxsus “Mercedes” markalı avtomobilə vurub.

Nəticədə E.A.Mustafa aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR