Xaçmazda 38 yaşlı kişi bıçaqlanıb - VİDEO

Xaçmazda 38 yaşlı kişi bıçaqlanıb - <span style="color: red;">VİDEO
# 13 iyun 2014 10:09 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Bu gün Xaçmaz rayonunda bıçaqlanma faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qobuqırağı kəndində qeydə alınıb.

1976-cı il təvəllüdlü kənd sakini Sevindik Vaqif oğlu Seyidəliyev bıçaq xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Xəsarət alan şəxs polis əməkdaşlarına öz-özünü bıçaqladığını deyib. Hadisənin dəqiq səbəbləri Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR