Liviyada qiyamçı general böhran hökumətinin yaradılmasına çağırıb

Liviyada qiyamçı general böhran hökumətinin yaradılmasına çağırıb
# 22 may 2014 02:36 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Xaftar öz bəyanatında deyib ki, hazırkı hökumət və parlament ekstremistlərlə mübarizədə aciz qaldıqlarına görə legitimliklərini itiriblər.

Bir müddət əvvəl Liviyanın mədəniyyət naziri, ordu və hüquq-mühafizə orqanlarının bir sıra bölmələri, mülayim islamçı qruplaşmaları da general Xəlif Xaftarı dəstəklədiklərini bildiriblər.

Qeyd edək ki, Xaftara sadiq qüvvələr ötən həftə Benqazidə islamçıların mövqelərinə, paytaxt Tripolidə isə parlamentin binasına hücum edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR