Nigeriyada bir həftə ərzində qızılcadan ölənlərin sayı 40-a çatıb

Nigeriyada bir həftə ərzində qızılcadan ölənlərin sayı 40-a çatıb
# 04 may 2024 02:57 (UTC +04:00)

Nigeriyanın şimal-şərqindəki Adamava əyalətində son bir həftədə qızılcadan ölənlərin sayı 42-ə çatıb.

APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ştatın səhiyyə departamentinin rəhbəri Feliks Tanqvami məlumat verib.

"Peyvəndləmə aparmaq üçün bölgələrə həkim qrupları göndərilib",-deyə o bildirib.

O əlavə edib ki, qızılca xəstəliyinin əlamətləri olan 200-ə yaxın xəstə müəyyən edilib.

Nigeriyanın şimalında demək olar ki, hər il qızılca epidemiyası baş verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR