Akademik Milli Dram Teatrında “Əmir Teymur” tamaşasının premyerası olacaq - FOTOSESSİYA

Akademik Milli Dram Teatrında “Əmir Teymur” tamaşasının premyerası olacaq - <span style="color: red;">FOTOSESSİYA
# 13 may 2014 13:40 (UTC +04:00)

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, H. Cavidin “Topal Teymur” dramı əsasında Mehriban Ələkbərzadənin quruluş verdiyi tamaşada baş rolda xalq artisti Nurəddin Mehdixanlı çıxış edəcək.

Səhnə əsərinin digər rollarında xalq artisti Rafiq Əzimov (Şeyx Buxari), əməkdar artistlər Mətanət Atakişiyeva (Dilşad), Kazım Həsənquliyev (Divan bəyi), Münəvvər Əliyeva (Meliça), Elşən Rüstəmov (Əlipaşa), Kazım Abdullayev (Şair Kirmani), aktyorlar Rövşən Kərimduxt (Aqbuğa), Anar Heybətov (Orxan), Şəhla Əliqızı (Almas), İlahə Həsənova (Olqa), Yıldırım Bayazid (Hikmət Rəhimov), Elçin Əhmədov (Sabutay), Elnur Qədirov (Qaraquş), Cümşüd Zeynalov (Dəmirqaya), Əlvida Cəfərov (Nazimağa), Nigar Güləhmədova (Köylü qadın), Elgün Həmidov (Cücə) və başqaları çıxış edirlər.

Tamaşanın quruluşçu rəssamı İlham Elxanoğlu, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənov, bəstəkarı Aygün Səmədzadədir.

Rəqs və döyüş səhnələrini əməkdar artist Pərviz Məmmədrzayev qurub.

Qeyd edək ki, H. Cavidin “Topal Teymur” beşpərdəli dramı 1925-ci ildə yazılıb, 1926-cı ildə çap olunub. Elə çap olunduğu ildə də tamaşaya qoyulan dram əsəri həmişə ədəbiyyat və incəsənət xadimləri, eləcə də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR