Bakıda "Birinci Dünya müharibəsi və Azərbaycan" mövzusunda beynəlxalq elmi konfrans keçirilir - FOTO

Bakıda "Birinci Dünya müharibəsi və Azərbaycan" mövzusunda beynəlxalq elmi konfrans keçirilir - <span style="color: red;">FOTO
# 20 iyun 2014 09:30 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. AMEA A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə "Birinci Dünya müharibəsi və Azərbaycan" mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

APA-nın məlumatına görə, konfransın açılışında çıxış edən millət vəkili, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, tədbirdə Rusiya, Türkiyə, Gürcüstan, Dağıstan və s. ölkələrdən tanınmış tarixçilər iştirak edir.

Azərbaycanın I Dünya Müharibəsindəki roluna toxunan Y.Mahmudov qeyd edib ki, müharibədə ən böyük zərbə alan xalqlardan biri də Azərbaycan xalqı olub: "O dövrdə Azərbaycan xalqı fəlakət içində yaşayırdı. Böyük dövlətlərə Azərbaycan Xalq Cümhuriyyəti yox, Bakı nefti lazım idi. Burdan dünya tarixçilərinə səslənirəm ki, I Dünya müharibəsi dövründə Azərbaycan xalqına qarşı törədilən cinayətləri olduğu kimi qələmə alsınlar".

Y.Mahmudov əlavə edib ki, Azərbaycan tarixçiləri öz ölkəsinin tarixini araşdırarkən digər ölkələrin tarixinə hörmətlə yanaşır: "Bizim həm Rusiya, həm də digər ölkələrin tarixçilərindən xahişimiz odur ki, Azərbaycanla bağlı məsələlərdə tarixi olduğu kimi, həqiqətə uyğun şəkildə araşdırsınlar".

Qeyd edək ki, konfrans üç bölmədən ibarət olmaqla, iyunun 21-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR