Rumıniya səfiri: “İki ölkə arasında arasında birbaşa aviareys açılsaydı, çox faydalı olardı” - FOTO

Rumıniya səfiri: “İki ölkə arasında arasında birbaşa aviareys açılsaydı, çox faydalı olardı” - <span style="color: red;">FOTO
# 15 yanvar 2014 10:48 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Bu gün Rumıniyada Milli Mədəniyyət Günü qeyd olunur. APA-nın məlumatına görə, bununla əlaqədar Rumıniyanın Azərbaycandakı səfirliyinin əməkdaşları və Azərbaycanda yaşayan Rumıniya vətəndaşları bu ölkənin dahi bəstəkarı Corce Eneskunun Bakıda ucaldılan abidəsini ziyarət ediblər.

İki ölkə arasında mədəniyyət əlaqələri barədə səfir Daniel Kristian Çobanu deyib ki, bu sahədə əlaqələr çox uğurla inkişaf edir: “Ötən il Rumıniya səfirliyi İçərişəhərdə keçirilən “Living History” və “Eurovillage” festivallarına qatılıb. İki ölkə yazarlarının əsərlərinin qarşılıqlı tərcümələri, teatr sahəsində mübadilələr də mövcuddur”.

Səfir turizm sahəsində əməkdaşlıq potensialı barədə də danışıb. Onun sözlərinə görə, iki ölkənin turizm potensialı hələ tam öyrənilməyib: “Rumıniya ilə Azərbaycan arasında birbaşa aviareys açılsaydı, çox faydalı olardı. Mən Azərbaycanın bir neçə regionlarında olmuşam, çox gözəl yerlərdir. Bu il biz Rumıniyadan buraya çoxlu turistin gəlişini gözləyirik. Eyni zamanda, gözləyirəm ki, çoxlu Azərbaycan vətəndaşı Rumıniyanı ziyarət edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR