“ABB-Moskva” Rusiyanın “Birləşmiş Hesablaşmalar Sistemi”nə üzv olub

“ABB-Moskva” Rusiyanın “Birləşmiş Hesablaşmalar Sistemi”nə üzv olub
# 06 iyun 2014 10:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) Rusiyadakı törəmə bankı olan “ABB-Moskva” bu ölkənin iri bank olmayan kredit təşkilatı “Birləşmiş Hesablaşmalar Sistemi”nə üzvü olub.

“ABB-Moskva”dan “APA-Economics”ə verilən məlumata görə, bu gün “Birləşmiş Hesablaşmalar Sistemi”ndə Rusiyanın 115 bankı təmsil olunur və özündə bankomatları, nağdlaşdırma məntəqələri və vahid şəbəkədə ödənişlərin qəbulunu birləşdirir. Bu banklar arasında “Absolyut Bank”, “Avanqard”, “Yuniastrum Bank”, SMP Bank, “Sobinbank”, “Nomos-Bank”, “Nordea Bank” və başqaları var. Ümumilikdə, sistemin bankomat şəbəkəsinə 19 min ədədə yaxın avadanlıq daxildir.

“Birləşmiş Hesablaşmalar Sistemi” bank kartları sahiblərinə bu şəbəkəyə daxil olan digər kredit təşkilatlarının bankomatlarında, nağdlaşdırma və ödəniş məntəqələrində güzəştli şərtlərlə əməliyyatlar aparmaq imkanı verir. Bundan başqa, sistemin üzvləri üçün daxili güzəşt komissiyası fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR