Dow Jones indeksi 0,4%, S&P 500 0,8%, Nasdaq 1,2% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,8%, Nasdaq 1,2% yüksəlib
# 02 oktyabr 2013 06:52 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 1-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 15 192 bəndədək, S&P 500 0,8% - 1 695 bəndədək, Nasdaq 1,2% - 3 818 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsinə investorlar arasında büdcə ilə bağlı hökumətlə Senatın tezliklə razılığa gələcəyi barədə ehtimallar təsir edib. Qeyd edək ki, oktyabrın 1-də ABŞ-da artıq yeni maliyyə ili başlayıb, büdcə isə hələ də qəbul olunmayıb. Bunun ümumi nəticəsində Ağ Evin göstərişi ilə milli təhlükəsizliklə məşğul olanlar istisna olmaqla ölkənin bütün federal büdcə təşkilatlarının fəaliyyəti dayandırılıb. Eyni zamanda, «Fitch» agentliyi bəyan edib ki, dövlət qurumlarının qismən bağlanması ölkənin reytinqinin azalması üçün əsas ola bilməz.

Avropa fond bazarlarında oktyabrın 1-də FTSE 100 indeksi 0,03% - 6 460 bəndədək enib, Almaniya DAX-ı 1,1% - 8 689 bəndədək, Fransa CAC-40-ı isə 1,3% - 4 197 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 2,8% azalaraq 1 290,2 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3522 dollar (-0,2%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR