Rus gənci döyüb öldürən 50 erməni tutulub - VİDEO

Rus gənci döyüb öldürən 50 erməni tutulub - <span style="color: red;">VİDEO
# 09 dekabr 2013 16:23 (UTC +04:00)

Nijni Novqorod polisi 50-yə yaxın ermənini həbs edib. APA TV-nin xəbərinə görə, buna səbəb Arzamas şəhərində ermənilərə məxsus "Ocaq" kafesində yaranan əlbəyaxa olub. 7 erməninin döydüyü 26 yaşlı Aleksandr Spakaev aldığı xəsarətlərdən ölüb. İqor Karpov isə ağır bədən xəsarəti alaraq xəstəxanaya catdırılıb. Bu da yerli sakinlərin narazılığına səbəb olub. Məsələyə Rusiyada yaşayan ermənilərin ictimai birliyinin sədri Tiqran Şaxnazaryan munasibət bildirərək bu olayın milli zəmində baş vermədiyini deyib. Hadisənin sırf məişət zəminində baş verdiyini, başqa cür yozulmasının əleyhinə olduğunu catdırıb: "Mən razıyam, bu, faciədir. Amma olayı böyütməyin mənası yoxdur. Ölən və xəsarət alan rus millətindən olan şəxslər kafenin müştəriləri olmayıblar. Onlar restoranın həyətində işləyən kababcıya yaxınlaşaraq, ondan siqaret istəyiblər. Sonra aralarında mübahisə yaranıb. Kababçını döyüblər, o isə qacıb. Bu zaman kafedən bir neçə erməni çıxıb və həmyerlilərini müdafiə edib. Kababçı yenidən olay yerinə qayıdaraq, bıçaqla onu döyənlərə ardıcıl zərbələr endirməyə başlayıb. Onlardan biri ölüb digəri isə ağır yaralanıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR