Xaçmazda 47 yaşlı qadın dəm qazından zəhərlənib

Xaçmazda 47 yaşlı qadın dəm qazından zəhərlənib
# 10 dekabr 2013 19:50 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Bu gün Xaçmaz rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhər sakini 1966-cı il təvəllüdlü Əhmərova Zümdür Sədiyaq qızı dəm qazından zəhərlənib. O, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR