«ABB-Moskva» Novruz bayramı ərəfəsində köçürmələr üzrə xidmət haqqını azaldıb

«ABB-Moskva» Novruz bayramı ərəfəsində köçürmələr üzrə xidmət haqqını azaldıb
# 19 mart 2014 09:30 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyadakı törəmə müəssisəsi olan «ABB-Moskva» bankı Novruz Bayramı günlərində «IBA-Express» təcili pulköçürmə sistemi ilə aparılan əməliyyatların xidmət haqqını aşağı salıb.

Azərbaycan Beynəlxalq Bankından «APA-Economics»ə verilən məlumata görə, belə ki, martin 15-dən martın 30-dək «IBA-Express» sistemi ilə köçürmə aparan fiziki şəxslərdən köçürmə məbləğindən 0,5% xidmət haqqı tutulacaq. Bu endirimli xidmət haqqı 9 001 rubl və ya 301 ABŞ dollarından az olmayan köçürmələrə tətbiq edilir.

Həmçinin, «ABB-Moskva» bayram günlərində fiziki şəxslərə bank kartları üzrə güzəştli təkliflər təqdim edir. Martın 15-30-da köçürmə aparan fiziki şəxslərə «MasterCard Maestro» kartı pulsuz, «Visa Classic» və «MasterCard Standard» kartları isə illik xidmət haqqı 50% güzəşt ilə təklif edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR