MDB-nin müdafiə sənayesi məhsullarına dair yeni dövlətlərarası standartlar hazırlanacaq - VİDEO

MDB-nin müdafiə sənayesi məhsullarına dair yeni dövlətlərarası standartlar hazırlanacaq - <span style="color: red;">VİDEO
# 23 aprel 2014 09:18 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun təşkilatçılığı ilə Bakıda keçirilən MDB ölkələrinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının (MQS) Standartlaşdırma üzrə Elmi Texniki Komissiyasının 47-ci iclasında müdafiə sənayesi məhsullarına dair yeni dövlətlərarası standartların işlənib hazırlanması ilə bağlı müzakirələr aparılacaq.

APA-nın məlumatına görə, Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev bildirib ki, MDB ölkələrində indiyə qədər məxfilik qrifi ilə müdafiə sənayesində silah və sursatlarla bağlı vahid standartlar mövcud olub: “Həmin standartların yeniləşməsi ilə bağlı qapalı iclas keçiriləcək. İclasda Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistanın müdafiə və müdafiə sənayesi nazirliklərinin nümayəndələri iştirak edəcəklər. MDB çərçivəsində bu ölkələr müdafiə sənayesində silah və sursatlarla bağlı vahid standartların tətbiqi sahəsində əməkdaşlıq edirlər. Yeni standartlar yaxın 1-2 il ərzində tətbiq olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR