BP şirkəti və tərəfdaşları Layihələri İdarəetmə Məktəbinə dəstəyin müddətini daha bir il uzadıblar

BP şirkəti və tərəfdaşları Layihələri İdarəetmə Məktəbinə dəstəyin müddətini daha bir il uzadıblar
# 05 mart 2014 10:18 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün BP şirkəti və «Azəri-Çıraq-Günəşli», Bakı-Tiflis-Ceyhan, «Şahdəniz» və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları Layihələri İdarəetmə Məktəbinə (LİM) göstərdikləri dəstəyi 2015-ci ilin noyabr ayınadək uzatmaq qərarına gəlib.


«APA-Economics»in xəbərinə görə, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qordon Birrell bu gün Xəzər Universitetində keçirilmiş tədbirdə tərəfdaşların adından LİM-ə göstərilən dəstəyin müddətinin uzadılmasına dair Anlaşma Memorandumu imzalayıb.


Q.Birrell bildirib ki, bu qərar Məktəbin ötən 3 il ərzində əldə etdiyi uğurlara əsaslanır: «İnanırıq ki, məktəb bu vaxta qədər iki uğurlu buraxılışı və ümumilikdə 300-dən artıq beynəlxalq sertifikat verməklə qarşısına qoyulan məqsədə çatıb».


Qeyd edək ki, LİM özəl və dövlət sektorun nümayəndələrinə layihələri idarəetmə üzrə beynəlxalq səviyyədə qəbul edilmiş geniş bir proqram üzrə təhsil almaq imkanı təmin etmək üçün 2001-ci ildə BP və onun tərəfdarları tərəfindən yaradılıb. LİM yarandığı vaxtdan indiyədək özəl və dövlət sektoruna aid 98 təşkilatı təmsil edən 300-dən artıq mütəxəssisə təlim keçib. Məzunlardan 129-u Corc Vaşinqton Universitetinin magistr və 192-si bakalavr sertifikatını alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR