Bakıda Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə edib - FOTO

Bakıda Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə edib - <span style="color: red;">FOTO
# 02 aprel 2014 10:04 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, tədbir “Biznes-Marafon 2014. Moskvanın kiçik və orta müəssisələrinin Bakı şəhərindəki işgüzar missiyası” layihəsinin açılış mərasimi çərçivəsində baş tutub.

Layihə Moskva şəhərinin Elm, sənaye siyasəti və sahibkarlıq departamentinin təşəbbüsü və Azərbaycan hökumətinin, Azərbaycanın Rusiyadakı səfirliyinin və Rusiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirilib. 2014-cü ildə “Biznes-Marafon” RF bölgələrinin və xarici ölkələrin 40 şəhərində keçirilir.

Layihənin məqsədi iki regionun sahibkarları arasında birbaşa, qarşılıqlı sərfəli olan sənaye və ticarət əməkdaşlığının yaradılmasında yardımçı olmaqdır. Layihənin texnologiyası sərgilərdən və buna bənzər digər tədbirlərdən əhəmiyyətli dərəcədə, ilk növbədə layihə iştirakçılarının Azərbaycana bilavasitə gəlişindən əvvəl 2 aylıq hazırlıq müddətində aparılan, ikitərəfli əlaqələrin ilkin əsaslı işlənməsi ilə fərqlənir.

Azərbaycanın Rusiya Federasiyasındakı səfirinin müavini Qüdsi Osmanov iki ölkə arasındakı geniş əlaqələrə toxunaraq, ikitərəfli investisiya qoyuluşlarına da diqqət çəkib: “Bu gün bütün Rusiya mağazalarında Azərbaycan məhsulları satılır və bu məhsulları Rusiya vətəndaşları həvəslə alırlar”.

Rusiyanın Azərbaycandakı səfirliyinin məsləhətçisi Vladimir Komolov bildirib ki, Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələr günü-gündən genişlənir: “Artıq bu əlaqələr regional əhəmiyyət alır”.

Səfirliyin rəsmisi bu günlərdə Rusiyanın Sverdlovsk vilayətinin nümayəndə heyətinin Azərbaycana səfərini, onların burada keçirdiyi ikitərəfli görüşlər və biznes forumu xatırladıb. O qeyd edib ki, bu gün də Rusiyanın Stavropol vilayətinin nümayəndə heyəti Azərbaycana səfər edəcək: “Bu səfər çərçivəsində də bir sıra ikitərəfli görüşlər və sabah Azərbaycan-Rusiya biznes forumu təşkil olunacaq. Bu cür görüşlər ölkələrarası və regional əlaqələri genişləndirir. Bu cür görüşlərin mütəmadi keçirilməsinə böyük ehtiyac var”.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Rüfət Məmmədov bildirib ki, son 3 il ərzində Azərbaycanda Rusiya regionları ilə 16 görüş və biznes-forum təşkil olunub: “Bunun nəticəsidir ki, son illər iki ölkə arasında iki ölkə arasında ticarət əlaqələri xeyli genişlənib. Bu gün iki ölkə arasında ticarət əlaqələri bütün sahələri əhatə edir. Azərbaycanda 570 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Ötən il Azərbaycan investorları tərəfindən Rusiyaya 600 mln. ABŞ dolları dəyərində sərmayə yatırılıb. 2012-ci ildə isə Rusiya Azərbaycana 789 mln. dollar həcmində sərmayə yatırıb”.

Moskva şəhərinin Elm, sənaye siyasəti və sahibkarlıq departamentinin rəhbərinin müavini Dmitri Knyazev isə bildirib ki, bu tip görüşlərin mütəmadi təşkil olunması lazımdır: “Bu cür görüşlər 6 ayda bir və ya ildə bir dəfə təşkil olunsa, iki ölkə və iki paytaxt arasında ticari əlaqələr daha da inkişaf edər”. O qeyd edib ki, ikinci belə növbəti görüş Moskvada təşkil olunacaq.

Qeyd edək ki, sonda Moskva və Bakı şəhərlərinin sahibkarları üçün danışıqlar meydançası təşkil edilib. Bu meydança çərçivəsində iş rejimində iki bölgə sahibkarlarının 80-dən artıq ikitərəfli görüşlər təşkil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR