Bakıda külli miqdarda qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub

Bakıda külli miqdarda qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub
# 11 iyul 2013 10:45 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA Paytaxtda 2 dəfə məhkumluq həyatı yaşayan şəxs növbəti dəfə saxlanılıb. Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Murad Axundov 2013-cü il iyunun 30-da mənzilindən 15 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat verib. Dərhal hadisə yerinə gələn əməliyyat istintaq qrupu müvafiq tədbirlər həyata keçirib. Nəticədə cinayəti törədən Masallı rayon sakini, 36 yaşlı Niyaməddin Əliyev tutularaq istintaqa təhvil verilib.

Saxlanılan şəxs bildirib ki, evə pəncərədəki dəmir barmaqlıqları sındıraraq daxil olub. O, yataq otağına girərək külli miqdarda qızıl-zinət əşyalarını talayıb. N. Əliyev elə həmin gün qızılları şəhərin müxtəlif ərazilərində sataraq pulunu mənimsəyib. İstintaqla daha sonra məlum olub ki, saxlanılan şəxs son bir neçə ayda Xətai rayonunun digər ərazilərində də mənzillərdən oğurluq edib. Əvvəllər də 2 dəfə analoji hadisə məhkum olunan Niyaməddin Əliyevin ətrafında istintaq araşdırmaları davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR